“Ziraat Bank Azərbaycan” ASC "Consulting&Business" jurnalının təsis etdiyi "İlin şirkəti - 2015" mükafatının “İlin iqtisadi hadisəsi” nominasiyası üzrə qalib seçilib. Türkiyə Respublikası Ziraat Bank Anonim Şirkəti 1863-cü ildə təsis edilmişdir və 152 illik bank tarixinə sahibdir.
Ziraat Bank A.Ş., Ziraat Katılım Bankı, Ziraat Yatırım, Ziraat Portföy, Ziraat Sığorta, Ziraat Leasing, Ziraat Emeklilik, Ziraat Teknoloji ölkə daxili iştiraklar olaraq, Ziraat Bank İnternational AG, Ziraat Bank BH d.d., Ziraat Bank Montenegro AD, Ziraat Bank Azərbaycan ASC, Ziraat Bank Moscow JSC, Kazakhstan Ziraat International Bank, Turkmen Turk JSC Bank, UTBank JSC, Azer-Turk Bank ASC ölkə xarici törəmə banklar olaraq və ABŞ, İngiltərə, Gürcüstan, İraq, Şimali Kipr Türk Respublikası, Yunanıstan, Səudiyyə Ərəbistanı, Kosova, İran kimi ölkələrdə şöbə və təmsilçiliklər olaraq birlikdə Ziraat Finans Qrupunu təşkil etməkdədirlər.
Makro genişlənmə strategiyasına müvafiq olaraq Ziraat Bank, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım, sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da törəmə bank açmışdır. “Ziraat Bank Azərbaycan” ASC 100% Ziraat Bank sərmayəli bank olaraq yaradılmışdır.
Bankın strateji hədəfi xidmət keyfiyyətinə görə bank sektorunda seçilən və söz sahibi banklardan biri olan, rəqiblərinə nümunə olan, sevilən və dəyər verilən bir bank olmaqdır. Bankın missiyası isə Azərbaycan iqtisadiyyatına və Bank sektorunun stabil inkişafına, Türkiyə ilə həyata keçirilən ikitərəfli ticarət əlaqələrinin artmasına öz töhfələrini verməkdir. Müştəri məmnuniyyətini hər şeydən üstün tutan “Ziraat Bank Azərbaycan” ilk növbədə kommersiya və korporativ seqment müştərilərinə xidmət göstərməyi planlaşdırır. Fiziki şəxs qismində isə müsbət ödəniş tarixçəsi və peşəsi olan müştərilərlə işləməyi və onların ehtiyaclarını qarşılamağı qarşısına məqsəd qoymuşdur.
Hazırda Türkiyə Respublikasında olan 1800 filial şəbəkəsindən başqa 18 ölkə üzrə 96 nöqtədə müştərilərə xidmət göstərən Ziraat Bank “The Banker” jurnalı tərəfindən Türkiyənin ən dayanıqlı, Qərbi Avropanın isə 2-ci ən dayanıqlı bankı seçilmişdir.