“Ziraat Bank Azərbaycan” Ani Ödəniş Sistemi-ni təqdim edir!
“Ziraat Bank Azərbaycan” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı” tərəfindən yaradılmış olan Ani Ödəniş Sistemi ( AÖS ) –ni müştərilərilərinə təqdim edir. Ani Ödəniş Sistemi ( AÖS ) ölkə daxili Manat hərəkətlərinin sürətlənməsinə və rahatlaşmasına xidmət göstərməkdədir.
Hal-hazırda sitemin sadəcə ölkə daxili manat köçürmələri üçün hazırlanmış hissəsi istifadəyə veriləcəkdir. Belə ki, sistem istifadəçləri Ani Ödəniş Sistemi ( AÖS ) vasitəsi ilə ölkədaxili manat köçürmələrini dərhal və gözləmədən həyata keçirə biləcəklər. Həmçinin sistem Hüquqi Şəxslər üçün VÖEN nömrəsi, Fiziki Şəxslər üçün isə telefon nömrəsi və ya başka identifikasiya vasitəsi ilə daha sürətli və rahat köçürmələr həyata keçirmək imkanı verməkdədir.
Ani Ödəniş Sistemi ( AÖS ) növbəti addımlarında müştərilərə Mobil Əlavələrdə , Kassa Aparatlarında, Pos Terminal Ödəmələrində, Elektron Ödəniş Terminallarında və bu kimi bir çox sahələrdə əlverişli xidmətlər təqdim edəcəkdir.
Qeyd olunan sistem əməliyyatları A. R. Mərkəzi Bankı tərəfindən yaradılan portal vasitəsi ilə həyata keçiriləcəkdir.
“Ziraat Bank Azərbaycan” ASC müştərilərin rahatlığı üçün yeni məhsullar istehsal edir, mövcud məhsulları inkişaf etdirir və həmçinin müştərilərin yararına olan dövlət dəstəklərini, sistem yeniliklərini və digər məhsulları dərhal bank sistemi ilə inteqrasiya edir. Bununla da müştərilərin yeniliklərdən kənar qalmamasını, baş verən yeniliklərdən dərhal istifadə edərək əməliyyatların daha da rahatlaşmasını və sürətlənməsini təmin edir.