16 Noyabr 2020 tarixində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə üzrə 5-ci filialı fəaliyyətə başlamışdır.
“Ziraat Bank Azərbaycan” rəqəmsal bankıçılığın inkişafını davam etdirməklə yanaşı, filial şəbəkəsini də günü-gündən artırmaqdadır. Filialın açılmasında əsas məqsəd ölkəmizin iqtisadi inkişafına hərtərəfli dəstək olmaqla yanaşı, günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərmək üçün iqtisadiyyatın dinamik olduğu yerlərdə, iş mərkəzlərinin və firmaların sıx yerləşdiyi ərazilərdə Bankın əhatə dairəsini artırmaqdır.
Müştərilərin istifadəsinə verilmiş Yeni Əhməd Rəcəbli filialının komandası istər hüquqi, istərsə də fiziki şəxslərə bank əməliyyatları üzrə peşəkar xidmət səviyyəsini təmin etməkdədir.
“Ziraat Bank Azərbaycan” ölkə ərazisində olan filial sayısını artırmağa davam etməkdədir. Belə ki, qısa müddət ərzində Bankın bir neçə filialının açılışının həyata keçirilməsi də planlaşdırılır.
“Ziraat Bank Azərbaycan” ASC-nin "Əhməd Rəcəbli" filialının müştərilərə xeyirli olmasını diləyirik.