“Ziraat Bank”dan Azərbaycana daha bir dəstək

“Ziraat Bank”dan Azərbaycana daha bir dəstək


“Ziraat Bank Azərbaycan”nın təşəbbüsü ilə Türkiyədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna həm fiziki, həm də hüquqi şəxslər tərəfindən edilən bütün köçürmələr kommisiyasız olacaq. Məqsəd həssas günlərdə qardaş ölkəyə dəstək olmaqdır.Artıq Türkiyə Respublikasında yaşayan həmvətənlərimiz, eləcə də Türkiyə vətəndaşları ordumuza yardımlarını asan şəkildə icra edəcəklər. Bunun üçün Türkiyə Ziraat Bankının bütün filiallarına müraciət edə bilərlər.Xatırladaq ki, bundan əvvəl də Türkiyənin Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq “Ziraat Bank Azərbaycan” Azərbaycan Ordusuna dəstək olmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 100 000 (bir yüz min) manat məbləğində birdəfəlik yardım ayırıb.

Hər zaman Azərbaycanın yanında olan Türkiyəyə və türk millətinə göstərdiyi etimada görə təşəkkür edirik!

Biz birlikdə güclüyük!