Bankda fəaliyyət göstərən daxili komitələr, onların əsas vəzifələri və tərkibi haqqında məlumat

Audit Komitəsi

Tərkibi:

Kadir Kenan Sever - Komitənin Sədri
Uğur Can Aygın- Komitənin Üzvü
Şenol Özyurt- Komitənin Üzvü 

Vəzifələr:

  • Bankın uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət edir;
  • Bankın maliyyə və prudensial hesabatlarının şəffaflığına, tamlığına, hesabatların informasiya təhlükəsizliyinə dair tələblərə əməl edilməklə hazırlanmasına, bankın fəaliyyətinin qanunvericiliyinə və bu standartların tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət edir;
  • Bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü tərəflərin tövsiyələrini nəzərdən keçirir;
  • Daxili audit planlarını təsdiq edildikdən sonra 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir;
  • İl ərzində bankda aparılmış daxili audit yoxlamaları barədə hesabatı hər təqvim ili başa çatdıqdan sonra növbəti rübün sonunadək Mərkəzi Banka təqdim edir, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatların təqdim edilməsini təmin edir;
  • Daxili audit bölməsinin əsasnaməsi və onun saxlanılması xərcləri haqqında Müşahidə Şurasına təklif verir;
  • Daxili auditorların əmək haqqı məbləğləri, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və ya azad olunması, habelə mükafatlandırılması barədə bankın Müşahidə Şurasına təkliflər verir;
  • Kənar auditorla auditin başlanmasından əvvəl görüşür, kənar auditlə əlaqədar bankın və onun törəmə təsərrüfat cəmiyyətlərinin fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin edir;
  • Kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və hadisələr haqqında məlumatın dərhal ona verilməsini tələb edir, həmçinin həmin məlumatları və auditin nəticələrini kənar auditorla müzakirə edir.

 

Yenilənmə tarixi: 23.01.2026

İnformasiya Texnoloqiyaları Komitəsi

Tərkibi:

Dr. Selçuk Demir- Komitənin Sədri
Rövşən İbrahimov- Komitənin Üzvü
Ömer Yılmaz- Komitənin Üzvü


Vəzifələr:

  • İT layihələrinin yaradılmasında icraçı, müşahidəçi və məsləhətçi kimi fəaliyyət göstərir;
  • İT-nin istifadəsi və həyata keçirilməsi üçün İT planının hazırlanması, əhəmiyyətlilik kəsb edən cəhətlərin bankın ümumi strategiyasına əsasən müəyyənləşdirilmsini təmin edir;
  • İT-na aid olan kapital xərclərinə dair təkliflər verir;
  • İT üzrə büdcənin icrasına nəzarət edir, proqram təminatı və avadanlıqların əldə olunmasının əsaslandırılmasına nəzarət edir;
  • İT planlarındakı irəliləyiş və dəyişiklikləri izləyir, Bank işçiləri arasında yüksək səviyyəli texmoloji səriştənin və standartların olmasını təmin edir;
  • İT sahəsində tədqiqat və inkişaf işlərini dəstəkləyir;
  • İT təhlükəsizlik məsələlərinə nəzarət edir, inzibati texnoloji məsələlərə nəzarət edir;
  • İT-lə əlaqədar fövqəladə hallardan çıxış yollarını planlaşdırır;
  • İT məsələlərinin həlli ilə bağlı hər hansı qərar qəbul edilməzdən öncə İT üzrə tələblərin təhlilini aparır, Bankın idarəetmə informasiya texnologiyaları və digər avtomatlaşdırılmış sistemlərin mükəmməl qaydada təmin etmək üçün alternativləri dəyərləndirir.

 

 

Yenilənmə tarixi: 23.01.2026

Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi

Tərkibi:


Dr. Selçuk Demir- Komitənin Sədri
Ömer Yılmaz- Komitənin Üzvü
Ahmet Doğan- Komitənin Üzvü
Rövşən İbrahimov- Komitənin Üzvü
Seymur Əliyev- Komitənin Üzvü

Vəzifələr:

  • Bankın qısa, orta və uzunmüddətli likvidlik mövqeyinin idarə edilməsi, likvidlik ehtiyaclarının proqnozlaşdırılması, tənzimləyici və daxili likvidlik göstəricilərinə riayət olunmasının təmin edilməsi, eləcə də stress-senarilər üzrə qərarların qəbulu;
  • Faiz dərəcələrinə həssas aktiv və passivlər üzrə risklərin qiymətləndirilməsi, faiz siyasətinin müəyyən edilməsi, xalis faiz gəlirinin və digər gəlirlilik göstəricilərinin qorunmasına yönəlmiş qərarların qəbul edilməsi;
  • Bankın valyuta mövqelərinə nəzarət, müxtəlif valyutalar üzrə balansın təmin edilməsi, valyuta risklərinin məhdudlaşdırılması məqsədilə limitlərin müəyyən edilməsi və hedcinq alətlərindən istifadə ilə bağlı qərarların qəbulu;
  • Balans strukturunun optimallaşdırılması, aktiv və passivlərin müddət uyğunluğunun təmin edilməsi, uzunmüddətli maliyyələşmə strategiyasının formalaşdırılması və yeni məhsulların balans və risklərə təsirinin qiymətləndirilməsi;
  • Komitə qərarlarının kapital adekvatlığına təsirinin qiymətləndirilməsi, gəlirlilik və risk arasında optimal balansın qorunması, aktivlərin rentabelliyinin və riskə görə gəlirliliyin təhlili;
  • Funds Transfer Pricing (FTP) metodologiyasının təsdiqi, daxili qiymət mexanizmlərinin formalaşdırılması və biznes istiqamətləri üzrə gəlirliliyin düzgün ölçülməsinin təmin edilməsi;
  • Aktiv və passivlərin idarə olunması üzrə limitlərin müəyyən edilməsi, risk siyasətləri və daxili normativ sənədlərin təsdiqi, risklərin qəbul edilən səviyyədə saxlanılmasına nəzarət;
  • ALM və risk hesabatlarının mütəmadi nəzərdən keçirilməsi, İdarə Heyətinə və Müşahidə Şurasına hesabatların təqdim edilməsi, tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi;
  • APİK iclaslarının protokollaşdırılması, qəbul edilmiş qərarların icrasına nəzarət və icra vəziyyəti üzrə monitorinqin aparılması.

 

Yenilənmə tarixi: 23.01.2026

Kredit Komitələri

Kiçik Komitənin Tərkibi:  

Dr. Selçuk Demir - Komitənin Sədri 
Ahmet Doğan- Komitənin Üzvü
Ömer Yılmaz- Komitənin Üzvü


Orta Komitənin Tərkibi:

Kadir Kenan Sever - Komitənin Sədri 
Uğur Can Aygın- Komitənin Üzvü
Dr. Selçuk Demir - Komitənin Üzvü


Böyük Komitənin Tərkibi:

Hüseyin Özuysal - Komitənin Sədri
Uğur Can Aygın - Komitənin Üzvü
Kadir Kenan Sever- Komitənin Üzvü

 

Vəzifələr: 

  • Səlahiyyət limitləri daxilində olan kredit təkliflərini (yeni kredit, limit dəyişikliyi, limit yenilənmə, şərt dəyişikliyi, müddətin uzadılması/restrukturizasiya və s.) qaydalar çərçivəsində qiymətləndirmək və nəticələndirmək;
  • Kredit portfelinin strukturu və borcalanlara dair təhlillərin aparılması məqsədilə portfelin limitlərə uyğunluğunu, təminat vəziyyətini və qüvvədə olan normativ tənzimləmələrə riayət olunmasını qiymətləndirmək üçün müvafiq bölmələrdən zəruri məlumat və sənədləri əldə etmək;
  • Komitə iclaslarında zəruri hallarda komitə üzvü olmayan mütəxəssislərin və ya aidiyyəti şəxslərin iştirakını təmin etmək;
  • Kiçik Kredit Komitəsi KKK tərəfindən səlahiyyət limiti aşan tələblər qiymətləndirilir, qiymətləndirmənin müsbət olması halında məsələ daha Üst Komitəyə təklif edilir;
  • Müşahidə Şurası tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
  • Müşahidə Şurasına tələb olunan hesabat və məlumatları təqdim etmək.

 

Yenilənmə tarixi: 23.01.2026

Riskləri İdarəetmə Komitəsi

Tərkibi:

Uğur Can Aygın - Komitənin Sədri

Kadir Kenan Sever- Komitənin Üzvü

Şenol Özyurt- Komitənin Üzvü

Vəzifələr:

  • Risk iştahası bəyannaməsinə, risklərin idarə edilməsi siyasətinə və qaydalarına, risk limitlərinə, habelə onlara dəyişikliklərə baxır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir;
  • Məcmu və ayrı-ayrı risk növləri üzrə bankın cari və gələcəkdəki risk iştahasına dair Müşahidə Şurasına təkliflər verir;
  • Bankın risklərin idarə edilməsi siyasətini azı ildə bir dəfə nəzərdən keçirir;
  • Bankın fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna, habelə İdarə Heyəti tərəfindən risk iştahası bəyannaməsinin tətbiqinə nəzarət edir;
  • Bankın risk mədəniyyətinin vəziyyətinə dair Müşahidə Şurasına hesabat verir;
  • Baş risk inzibatçısı ilə əməkdaşlıq edir, fəaliyyətinin nəzərdən keçirilməsini və qiymətləndirilməsini illik əsasda həyata keçirir;
  • Kapital və likvidliyin idarəedilməsi üzrə bankın hədəflərinin, habelə banka xas bütün risklərin, o cümlədən kredit, bazar, əməliyyat, reputasiya və digər risklərin bankın risk iştahasına uyğunluğuna nəzarət edir;
  • Baş risk inzibatçısından və aidiyyəti struktur bölmələrdən bankın cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabat alır;
  • Bankın daxili nəzarət funksiyasına daxil edilən struktur bölmələri tərəfindən aşkar edilmiş və bankın dayanıqlılıq göstəricilərinə neqativ təsir edəcək çatışmazlıqları nəzərdən keçirir;
  • Risklərin idarə edilməsi və Komplayens funksiyasını yerinə yetirən struktur bölmələrin rəhbəri(ləri) vəzifəyə təyin olunarkən uyğunluğunu qiymətləndirir və Müşahidə Şurasına təqdimat verir;
  • Bank yeni məhsul və ya xidmət təqdim edərkən, o cümlədən layihələrin icrasına başlayarkən qabaqcadan və təqdim olunduqdan sonra bunun bankın strategiyasına uyğunluğunun və risk profilinə təsirinin təhlilini, habelə əlaqəli riskləri nəzərdən keçirir;
  • Risk iştahası göstəriciləri üzrə kənarlaşmalar baş verdiyi halda riskin azaldılması və ya risk limitlərinin bazar şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər planını nəzərdən keçirir;
  • Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təklifləri mütəmadi nəzərdən keçirir. Zəruri hesab etdiyi halda təkliflərə İdarə Heyəti tərəfindən rəy bildirilməsini tələb edir;
  • İdarə Heyəti ilə birgə fövqəladə hallar planına baxır;
  • Mükafatlandırma Komitəsi ilə birgə ən azı ildə bir dəfə mükafatlandırma sisteminin səmərəliyinin qiymətləndirilməsində iştirak edir;
  • Qanunvericiliklə müəyyən olunmuş və Müşahidə Şurası tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

Yenilənmə tarixi: 23.01.2026

Korporativ İdarəetmə Komitəsi

Tərkibi:

Hüseyin Özuysal - Komitənin Sədri
Kadir Kenan Sever - Komitənin Üzvü 
Bülent Tekin- Komitənin Üzvü

Vəzifələr:

  • Bankın mükafatlandırma siyəsitini hazırlayır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir;
  • Mükafatlandırma prosesinə nəzarəti həyata keçirir, o cümlədən azı ildə bir dəfə Risklərin İdarəetmə Komitəsi ilə birgə mükafatlandırma sistemininin səmərəliliyini qiymətləndirir;
  • Mükafatlandırma həcmi üzrə təklifləri Bankın müvafiq idarəetmə orqanına təqdim edir;
  • Xüsusi kateqoriyaya aid olan işçilər üzrə əsas fəaliyyət indikatorlarının icrasını qiymətləndirir;
  • Daxili və kənar hadisələrin bankın mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirir.

 

Yenilənmə tarixi: 23.01.2026