Bankın son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat

Baker Tilly Azərbaycan, dünyanın 143 ölkəsində fəaliyyət göstərən, 115 üzv şirkəti, 698 ofisi və 43,515 əməkdaşı ilə ümumi gəliri 5,6 milyard ABŞ dolları olan, peşəkar xidmətləri ilə seçilən və gəlirlərinə görə dünyada 9 qabaqcıl audit və konsaltinq şəbəkəsindən biri olan Baker Tilly International şəbəkəsinin üzvüdür.
Bu gün Baker Tilly Azərbaycan 170-dən artıq əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkətlər siyahısındadır.
Baker Tilly Azərbaycan beynəlxalq şəbəkə tərəfindən “Ignite – Rising Star” Baker Tilly Beynəlxalq Mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən son 5 ilin nəticələri üzrə xarici ticarət nişanından istifadə edən auditor təşkilatları arasında Baker Tilly Azərbaycan 1-ci yeri tutur. 
Baker Tilly Azərbaycan ACCA Təsdiqli İşəgötürən statusuna malikdir.
2020 - ci ildən bu günədək ölkədə audit olunan bankların sayına görə Baker Tilly Azərbaycanda 1 nömrəli Bank Auditoru hesab edilir.
Baker Tilly Azərbaycan ISO/IEC 27001:2022 standartına uyğun İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemini tətbiq edir.

Yenilənmə tarixi: 12.01.2026