Başsağlığı
Bank sahəsində kifayət qədər böyük təcrübəsi olan, Bankımızda filial müdirinin müavini kimi çalışan peşəkarlığı ilə daima seçilən həmkarımız Ervin Səlimov Ankara şəhərində yerləşən nüfuzlu klinikaların birində dünyasını dəyişib.
Bank fəaliyyətinə 2013-cü ildən başlayan Ervin Səlimov, 2020-ci ildən bu günədək Bankımızın Əhməd Rəcəbli filialında çalışıb. Fəaliyyətində uğurlu addımlarla irəliləyən Səlimov Mərkəzi Bankın filial müdürü müavini attestasiyasından uğurla keçərək 06.12.2022-ci il tarixində filial müdirinin müavini vəzifəsinə rəhbərliyimiz tərəfindən təyin edilmişdir.
Respublikamızın bir sıra özəl xəstəxanalarında müalicə aldıqdan sonra, mənşəyi bəlli olmayan xəstəliklə əlaqədar səhhətində yaranan fəsadların aradan qaldırılması üçün 10 may tarixində Bankımız tərəfindən Türkiyədən gətirilmiş xüsusi ambulans təyyarə ilə Ankara şəhərində yerləşən tanınmış klinikaların birinə ailəsi ilə birlikdə aparılmışdır. Ən yüksək səviyyədə müdaxilələrə rəğmən, Ervin 29 may tarixində dünyasını dəyişmişdir. Dünən axşam saatlarında həmkarımızın cənazəsi Bakıya gətirilmişdir. Ziraat Bank Azərbaycan adından Ervin Səlimovun vaxtsız vəfatı ilə bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, hər birinə səbr diləyirik.
Allah rəhmət eləsin….