NFC ödəniş texnologiya imkanları artıq Ziraat Bank Azərbaycan mobil tətbiqində!

Hər zaman müştəri məmnuniyyətinə və rahatlığına önəm verən bankımız, indi də kartsız ödəniş texnologiyalarının tətbiqinə başlayıb. İlkin olaraq bu imkan VISA  kart sahibləri və NFC texnilogiyalarını dəstəkləyən Android əməliyyat sistemli mobil telefon istifadəçiləri üçün yaradılıb. Artıq bu müştərilər mobil telefonları vasitəsilə POS-terminal ödənişlərini asanlıqla reallaşdıra bilərlər. Ödənişi həyata keçirmək üçün müştərilər ilk növbədə mobil cihazlarında NFC ödənişlərini dəstəkləyən düyməni aktivləşdirməli, daha sonra isə Ziraat Bank Azərbaycan mobil tətbiqinə daxil olaraq, bu texnologiya vasitəsilə ödəniş edəcəkləri kartı seçməlidirlər. Beləliklə,  müştərilər kart olmadan,sadəcə ekran kilidini açaraq, mobil telefonu POS-terminala yaxınlaşdırmaqla öz ödənişlərini reallaşdıra bilərlər. 

NFC texnologiyalarının ən əsas üstünlüyü, ödənişlərin kart olmadan, smartfon vasitəsilə sürətli və rahat reallaşdırılmasıdır. Bununla yanaşı, bank kartının müştəri tərəfindən daşınmasına ehtiyac qalmadığından, kartların itirilməsi və oğurlanmasına dair risklər də aradan qaldırılır. Əlavə olaraq NFC texnologilayarının köməyi ilə ödənişin tamamilə təmassız qaydada həyata keçirildiyini nəzərə alaraq, COVİD-19 xəstəliyinə yoluxma ehtimalı da dəfələrlə azalır. 

Ziraat Bank Azərbaycan bankına məxsus VISA plastik kartı olmayan müştərilər, aşağıda ki link vasitəsi ilə kart sifarişlərini onlayn icra edə bilərlər. Link: https://bit.ly/3lYqO4o. Qeyd edək ki, kart sifarişini bankımızın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Bankımız tərəfindən təqdim edilən VISA kartları Azərbaycan Manatı, Türk Lirəsi, Avro və USD valyuta növlərində buraxılır.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.