Sumqayıt Bulvar Residence-dən Ziraat Bank Azərbaycan vasitəsilə partnyor daşınmaz əmlak krediti!
Ziraat Bank Azərbaycan Sumqayıt Bulvar Residence layihəsi üzrə mənzil almaq istəyən müştərilər üçün partnyor daşınmaz əmlak kreditini təqdim edir.
Kredit şərtləri:
- 20% ilkin ödəniş
- 10 ilədək kredit müddəti
- 12% illik faiz dərəcəsi
- AZN valyutasında
- Aylıq annuitet ödəniş
Bu məhsul yaşayış sahəsinin alınması məqsədilə təqdim olunur. Kredit ilə bağlı Azərbaycan Respublikası vətəndaşları, daimi və ya müvəqqəti yaşama icazəsi olan xarici ölkə vətəndaşları (məhsul şərtlərinə uyğun olaraq) müraciət edə bilərlər.
Krediti əldə etmək üçün bankımızın istənilən filialına yaxınlaşa bilərsiniz.
28.07.2026