“Sabahın Sahibkarları”-na Ziraat Bank dəstəyi davam edir!

 

 

Ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə "Ziraat Bank Azərbaycan " ASC də qoşularaq, bir çox sahibkarların öz biznes arzularını həyata keçirmələrinə dəstək vermişdir. 

 

Belə ki, ölkə olaraq keçdiyimiz bu çətin günlərdə Ziraat Bank Azərbaycan İqtisadiyyatının inkişafı üçün çalışır və sosial məsuliyyəti dərk edərək dəstək proqramlarında aktiv iştirak edir.

 

Ziraat Bank biznesini qurmaq üçün müraciət edən sahibkarlarla əlaqə yaradır, istəklərini dinləyir və onların təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir.