Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə yaşından, peşəsindən, vəzifəsindən, nüfuzundan asılı olmayaraq hər bir vətəndaş və təşkilat böyük məsuliyyət daşıyır.
Türkiyənin Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq “Ziraat Bank Azərbaycan” da öz növbəsində, Azərbaycan Ordusuna dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 000 (Bir yüz min ) manat məbləğində birdəfəlik yardım ayırıb.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan”da artıq müştərilər üçün Azərbaycan Ordusuna dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna, həmçinin dövlət tərəfindən şəhid və hərbiçi ailələrinə dəstək məqsədi ilə açılan fond və təşkilatlara həm hüquqi, həm də fiziki şəxslər tərəfindən edilən bütün ianə və köçürmələri komissiyasız icra edəcəkdir.