Ziraat Bank Azərbaycan ASC Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə (bundan sonra “ÇPY/TMM”) istiqamətində bankın daxili nəzarət sistemini ölkə qanunvericiliyinin və beynəlxalq normativlərin tələblərinə uyğun olaraq qurmuşdur. Bununla yanaşı olaraq, Bankın ÇPY/TMM üzrə daxili nəzarət sistemi, daim tələblərə adekvat olması məqsədilə ilə təkmilləşdirilir.
`Ziraat Bank Azərbaycan` ASC, bankın ÇPY/TMM üzrə prinsiplərini aydın əks etdirən siyasət və qaydalarını hazırlamışdır. Daxili Nəzarət Sisteminin tərkib hissəsi olaraq, “ÇPY/TMM Siyasəti” və “ÇPY/TMM Daxili qaydaları” hazırlanaraq, 30.12.2014-cü ildə tarixində Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir. Bankın ÇPY/TMM üzrə prosedurları yerli qanunvericilik və beynəlxalq tövsiyyələr (FATF 40+9 standartları, Bazel Komitəsi, Wolfsberg qrupunun prinsipləri) əsasında hazırlanmışdır. Bankın siyasəti, prosedurları qanunvericilikdə, beynəlxalq normativlərdə baş vermiş yeniliklər və dəyişikliklərə uyğun olaraq yenilənir.
`Ziraat Bank Azərbaycan` ASC müştərilərə (fiziki və hüquqi şəxslər, müxbir banklar) adekvat eyniləşdirilmə-verifikasiya prosedurlarının həyata keçirilməsi üçün “Müştərini Tanı” prinsiplərini tətbiq edir. Bank bununla bərabər olaraq müştərilərə və əməliyyatlara risk-əsaslı yanaşma prinsipləri əsasında risk qiymətləndirilməsini edir. Müştəriləridən eyniləşdirmə-verifikasiya prosedurları nəticəsində ÇPY/TMM üzrə alınmış bütün təhlükəsizlik məlumatları sənədləşdirilir. Eyni zamanda bank müştəri profili üzrə məlumatların yenilənməsini daxili qaydalarına uyğun olaraq həyata keçirir.
Bank tərəfindən ÇPY/TMM üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə Məsul Şəxs təyin edilmişdir.
Bankda ÇPY/TMM üzrə bank əməkdaşlarının təcrübə və biliyinin artırılması məqsədilə mütəmadi olaraq təlimlər həyata keçirilir. Təlimlər proqramı qanunvericilikdə baş vermiş yenilik və dəyişiklikləri, şübhəli əməliyyatların təsbit edilməsi təcrübəsi, müştəri-ölkə qrupları üzrə Risk-Əsaslı Yanaşma prinsiplərinin tətbiqi, eyniləşdirmə-verifikasiya prosedurlarının tətbiqini əhatə edir. Təlimə aid bütün materiallar və davamiyyət cədvəli bank tərəfindən sənədləşdirilir.
Bununla yanaşı qanunvericilikdə, normativ aktlarda hər hansı dəyişikliklərin baş verməsindən asılı olaraq, bankın əməkdaşları müvafiq olaraq yeniliklər, dəyişikliklər barədə davamlı olaraq məlumatlandırılır.
Bankda ÇPY/TMM üzrə görülən tədbirlərin adekvatlığının yoxlanılmasını təmin edən daxili audit mexanizmi fəaliyyət göstərir. Daxili audit mexanizmi vaxtında qanun və qaydaların tələblərinə uyğun olaraq çatışmazlıqları və səhvləri təsbit etməklə, risklərin maksimum dərəcədə azaldılması istiqamətində fəaliyyəti həyata keçirir.