Bankın Strateji baxışı (Vizyon)
Rəqəmsal satış kanalları da daxil olmaqla, fəaliyyət göstərdiyi hər yerdə çevik, tərəfdaşlarının ehtiyacına tam cavab verən, texnoloji yenilikləri önəm verən və keyfiyyətli xidmət təklif edərək etibarlı tərəfdaş olan, müştəri və insan resurslarını ən dəyərli sərvəti kimi görən, yenilikçi, hər mərhələdə bir bankdan daha çoxunu vəd verən, etibar edilən, dəyər verilən və rəqibləri üçün nümunə olan bir bank.
Bankın Missiyası
Bankın missiyası aşağıda sadalanan xüsusiyyətləri əsas alaraq fəaliyyət göstərməkdir :
- Tərəfdaşının ehtiyac və gözləntilərini onların baxış prizmasından təhlil edərək anlayan və ehtiyaca uyğun gələn ən düzgün həll variantını işləyib hazırlayaraq təqdim edən,
- Müştərilərə xidmət strukturları və rəqəmsal platformalar vasitələrilə ən sürətli və effektiv məhsul və xidmətlər təqdim edən,
- Etik dəyərləri və sosial məsuliyyəti nəzərə alaraq beynəlxalq standartlara uyğun səmərəli və mənfəətli fəaliyyət göstərən,
- Tərəfdaşları ilə münasibətdə uzunmüddətli əməkdaşlığa yönəlmiş fəaliyyət prinsiplərini əsas alan,
- Müştəri məmnuniyyətini birinci priotitet hesab edən,
- Azərbaycan və Türkiyə Respublikaları arasında ticarət dövriyyəsinin artırılmasına xidmət edərək, iqtisadi əlaqələrin inkişafına təkan verən,
- Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi ölkələr ilə Azərbaycan Respublikası sahibkarları arasındakı ticarət dövriyyəsində maliyyə və bank vasitəçi rolu xidmətini təklif edən,
- Azərbaycan Respublikası iqtisadi və maliyyə siyasəti ilə müəyyən edilmiş prioritet sahələrə yönəlmiş fəaliyyət göstərən,
- İdxal və ixrac yönümlü istehsal və xidmət sahələrinin yaradılması və inkişafını nəzərdə tutan biznes layihələrinə tam, çevik və ən uyğun şərtlərlə dəstək verən Bank olmaqdır.
Bankın Strateji hədəfləri
- Azərbaycan və Türkiyə Respublikalarının özəl sektor və dövlət təşkilatları arasında iqtisadi əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə maliyyə vasitəçisi rolu oynayaraq təcrübə mübadiləsinin genişləndirilməsinə, ölkələrimiz arasında iqtisadi və maliyyə sahəsində əməkdaşlığın daimi inkişafına müsbət töhfə vermək,
- Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi ölkələrdəki sahibkarlarının Azərbaycan Respublikası iqtisadiyyatına investisiya qoyuluşlarını həyata keçirməsi üçün lazım olan maliyyə və bank xidməti dəstəyini vermək,
- Azərbaycan Respublikasında Kənd təsərrüfatı, sənaye istehsalı, telekomunikasiya, turizm, tikinti və digər prioritet sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərə cari və gələcək investisiya fəaliyyətlərinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazım olan maliyyə və məsləhət xidmətləri təqdim etmək,
- Azərbaycan və Türkiyə Respublikaları arasında qarşlıqlı ticarət və investisiya fəaliyyətlərində ən önəmli vasitəcisi olmaq
- Türkiyə Respublikası mənşəli investorların Azərbaycandakı Bank xidmətlərinə olan təlabatlarını ödəmək
- Türkiyə Respublikasında çalışan və yaşayan Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında yaşayan və çalışan Türkiyə Respublikası vətəndaşlarının maliyyə xidməti ehtiyaclarının tam və effektiv şəkildə təmin etmək
- Azərbaycanın Bank sektorunun inkişafına töhvələr vermək.